
Fransada sentyabrın 10-da keçirilən nümayişlər zamanı iğtişaşlarda iştirak etdiyinə görə saxlanılanların sayı 521 nəfərə çatıb.
Yeniavaz.com xəbər verir ki, bu barədə BFMTV telekanalı paytaxtın polis prefekturasına istinadla məlumat yayıb.
Məlumata görə, onlardan 251 nəfəri Parisdə saxlanılıb. Saxlanılanlardan neçəsinin həbsdə qaldığı açıqlanmayıb.
Belə ki, bundan əvvəl ölkə üzrə 473 nəfərin saxlanıldığı, onlardan 339-nun həbsdə qaldığı bildirilirdi.
Fransa KİV-in məlumatına görə, aqressiv nümayişçilərlə toqquşma zamanı 13 asayiş keşikçisi yaralanıb. Etiraz aksiyalarında təxminən 200 min nəfər iştirak edib.
Qeyd edək ki, aksiya zamanı Fransa paytaxtında etirazçılarla hüquq-mühafizə orqanlarının əməkdaşları arasında bir neçə toqquşma baş verib. Sonuncular etirazçılara qarşı gözyaşardıcı qazdan istifadə ediblər. Nant, Renn, Lion, Monpelye və ölkənin bir sıra digər şəhərlərində də iğtişaşlar qeydə alınıb.