EN

"Bir uşaq bir təhsil müəssisəsindən qeydiyyatdan keçə bilər"

"Vətəndaşlar bəzən bir neçə yerdən qeydiyyatdan keçmək istəyirlər ki, uşaqlarını məktəbə qoysunlar. Bu isə mümkün deyil".

Redaktor.az xəbər verir ki, bunu elm və təhsil naziri Emin Əmrullayev yeni tədris ilinə dair keçirilən media brifinqində çıxışı zamanı deyib.

O bildirib ki, belə məsələlərə icazə yoxdur: "Valideynlər buna etiraz etsə də, bir uşaq bir təhsil müəssisəsindən qeydiyyatdan keçə bilər. Digər yerlər başqa uşaqların haqqıdır. Boş yerlər barəsində islahatlar aparılır. Məsələn, hansısa ərazidə məktəb boşdursa, onun vəsaitini daha çox şagirdi olan məktəblərə yönləndiririk".

Aytəkin TOFİQQIZI

Chosen
48
redaktor.az

1Sources