EN

Zərdabda qaçırılan 22 yaşlı qıza görə daha 3 nəfər TUTULDU

Zərdab rayonunda 22 yaşlı qızın oğurlanması hadisəsi ilə bağlı daha 3 nəfər polis tərəfindən saxlanılıb.

Bizim Media xəbər verir ki, əməliyyat nəticəsində hadisəni törətməkdə şübhəli bilinən İzzət Rəhmanoğlunun 1996-cı il təvəllüdlü qardaşı İsmət Rəhmanoğlu və onun 1968-ci il təvəllüdlü anası da saxlanılıb.

Qaçırılma zamanı qızın 1990-cı il təvəllüdlü bacısının da qarşı tərəfə yardım etdiyi müəyyənləşib. Keçirilən əməliyyat tədbirləri nəticəsində qaçırılan qızın bacısı da saxlanılıb. Hər üç şəxs cinayət məsuliyyətinə cəlb edilib.

Cinayət işi üzrə istintaq tədbirləri davam etdirilir. (Qafqazinfo.az)

Bizim Media

Chosen
34
17
bizim.media

10Sources