EN

Qoşa xətti hörmətsiz edən sürücülər: Biri sağdan keçdi, o biri soldan VİDEO

ain.az, Avtosfer portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Bakıda qaydaları pozan sürücülərin hərəkətləri avtomobildəki kameraya qeyd olunub. Avtosfer.az xəbər verir ki, hadisə sentyabrın 1-də, paytaxtın Bakıxanov qəsəbəsi, Bəşir Bünyadov küçəsində qeydə alınıb. Belə ki, 77-PC-091 qeydiyyat nişanlı "Chevrolet" markalı və 99-JX-307 qeydiyyat nişanlı "Qazel" markalı avtomobillərin sürücüləri qaydaları kobud şəkildə pozublar. Hər ikisi qoşa xəttin üzərindən keçərək manevr qaydasını pozublar.

Qeyd edək ki, nişanlanma xətlərinə də müəyyən müdaxilələr edildiyi videogörüntüdə öz əksini tapır. Sürücülərin manevr etdiyi yerin yaxınlığında qoşa xəttin üzəri vaxtilə qara boya ilə rənglənərək qırıq-qırıq xətt edildiyi müşahidə olunur.

Fərid

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Chosen
29
avtosfer.az

1Sources