“Marsel”in futbolçusu Amin Harit Türkiyəyə transferdən imtina edib.
Apasport.az “Africafoot”a istinadən xəbər verir ki, “Beşiktaş” mərakeşli yarımmüdafiəçiyə rəsmi təklif göndərib.
Lakin 28 yaşlı oyunçu bu təklifə müsbət cavab verməyib.
Mənbənin məlumatına görə, Harit Türkiyə Super Liqasına keçidə maraq göstərmir və başqa variantları dəyərləndirir.
Qeyd edək ki, “Marsel”in baş məşqçisi De Zerbinin planlarında yer almayan yarımmüdafiəçinin müqaviləsi 2027-ci ilin yayına qədər qüvvədədir.
Stiv Mandanda karyerasını başa vurub
Fabianski yenidən “Vest Hem”də
“Ankaragücü”də yeni baş məşqçi
Eriksen Bundesliqa klubunda
Alper Potuk I Liqa klubunda