EN

Otuzbir qusarlı məzun xarici ölkələrin ali təhsil müəssisələrinə qəbul olub

ain.az, Azertag portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Qusar, 11 sentyabr, Elxan Yusifli, AZƏRTAC

Qusarda 7 məzun 600–700 bal aralığında nəticə göstərərək ali təhsil müəssisələrinə qəbul olub. 24 nəfər 450–500 bal, 24 nəfər 500–600 bal toplayıb. Cari tədris ilində 31 qusarlı məzun müxtəlif xarici ölkələrin ali təhsil müəssisələrinə qəbul olub.

AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, Qusarda yüksək nəticə göstərərək ali məktəblərə qəbul olan məzunlarla görüşdə rayonun ümumtəhsil məktəblərindən 930 şagirdin məzun olduğu, onlardan 465 nəfərin ali təhsil müəssisələrinə sənəd verdiyi qeyd edilib. 2024-2025-ci tədris ilində 6 şagird müxtəlif müsabiqələrdə və fənn olimpiadalarında yüksək nəticələr göstərib, evdə fərdi təhsilə cəlb edilən 1 nəfər isə ali məktəbə qəbul olub.

Qusar rayon Mehman Abdullayev adına Əcəxur kənd tam orta məktəbin məzunu, qəbul imtahanlarında 613 bal toplayaraq Bakı Dövlət Universitetinin tələbəsi adını qazanan Marina Vələdova, təhsilini fərdi qaydada başa vuraraq, Bakı Mühəndislik Universitetinin Biznesin idarə edilməsi ixtisasına qəbul olan Balaqusar kənd tam orta məktəbin məzunu Nuranə Ağababayeva qazandıqları uğurların gərgin və davamlı əməyin nəticəsi olduğunu deyiblər.

Görüşdə Qusar Rayon İcra Hakimiyyətinin başçısı Sahir Məmmədxanov, Milli Məclisin deputatı Azər Badamov çıxışlarında Prezident İlham Əliyevin və Birinci vitse-prezident Mehriban Əliyevanın təhsil sahəsinə göstərdikləri qayğıdan söz açaraq, ölkəmizdə, o cümlədən Qusar rayonunda təhsil infrastrukturunun yenilənməsi, yeni məktəb binalarının tikintisi və əsaslı təmiri, müasir tədris avadanlıqları ilə təmin olunması istiqamətində görülən işlərdən danışıblar.

Tədbir çərçivəsində rayonun bir sıra qabaqcıl təhsil işçiləri və qəbul imtahanlarında 600 baldan yuxarı nəticə göstərmiş məzunlar fəxri fərmanlarla təltif ediliblər. 2024-2025-ci tədris ilində 450-dən yuxarı bal toplayaraq ali təhsil müəssisələrinə qəbul olmuş məzunlar, həmçinin müxtəlif müsabiqə və fənn olimpiadalarında yüksək nəticələr göstərən şagirdlər mükafatlandırılıb.

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Chosen
4
azertag.az

1Sources