Unikal.az saytından verilən məlumata əsasən, ain.az məlumatı açıqlayır.
"Hell Angels" cinayət təşkilatının liderlərindən olan “Cəhənnəm Necati” ləqəbli Necati Coşkun Arabacı Slovakiyada saxlanılıb.
"Unikal" xarici KİV-ə istinadən xəbər verir ki, o, restoranların birində ailəsi ilə birlikdə yemək yeyərkən polislər tərəfindən nəzarətə götürülüb.
Bildirilir ki, o, bir neçə saat polis nəzarətində olub, daha sonra sərbəst buraxılıb.
Necati Coşkun Arabacının hansı səbəbdən saxlanıldığı açıqlanmayıb.
Gülayə Mecid
Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.