EN

Büdcədənkənar vəsaitlər hesabına əməkhaqqı xərcləri artır

ain.az, Newscenter.az portalına istinadən məlumat verir.

2024-cü ildə dövlət sektorunda büdcədənkənar vəsaitlər hesabına əməyin ödənişi xərcləri 39,7 milyon manat və ya 13,5% artıb. Newscenter.az xəbər verir ki, bu barədə “Dövlət auditi” bülleteninin 2025-ci il üçün ikinci buraxılışında dərc olunan məqaləsində Hesablama Palatasının əməkdaşı Vüsalə Rüstəmova qeyd edib. Onun sözlərinə görə, bu artım dövlət büdcəsindəki müvafiq xərclərin artım tempindən 10,1 faiz bəndi çox olub. 2024-cü ildə büdcədənkənar xərclərdən 333,1 milyon manat (cəmi büdcədənkənar xərclərin 47,1%-i) əməkhaqqına yönəldilib.Müəllif vurğulayıb ki, bu hal dövlət sektorunda müxtəlif orqanlar üzrə əməkhaqqı fondlarında disproporsiyaların yaranmasına səbəb olur və proqnozlaşdırmada xüsusi diqqət tələb edir.Süleyman

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Chosen
37
2
newscenter.az

3Sources