
“Əgər 10 müəllimdən birinin müqaviləsinə xitam verilibsə, deməli, 9 müəllimin maaşı yüksəlib. Məktəblərdə çalışan pedaqoqlar bu prosesi dəstəkləyirlər. Təbii ki, ‘mənim balım 2 çatmadı ki, 51 bal yığım və maaşım 35 faiz artsın’ kimi fikirlər səslənəcək. Amma gördüyümüz odur ki, sertifikatlaşdırmadan sonra məktəblərdə müəllimlərin keyfiyyəti yüksəlir. Biz imtahan suallarını hazırlayarkən mümkün qədər humanist yanaşmağa çalışırıq”, – deyə nazir vurğulayıb.