EN

Xalq artisti Muxtar Dadaşovun anadan olmasının 112-ci ildönümü

Bu gün Azərbaycan kinosunun görkəmli nümayəndəsi, Xalq artisti, kinorejissor, ssenarist, aktyor və operator Muxtar Dadaşovun anadan olmasının 112-ci ildönümü tamam olur.

Doğru.az xəbər verir ki, Muxtar Dadaşov 1913-cü il sentyabrın 11-də Bakıda dünyaya göz açıb.

Ustad operator və rejissor kimi fəaliyyət göstərən Dadaşov tariximizin və xalqımızın həyatını əks etdirən bir çox sənədli və bədii filmlər lentə alıb. Onun “Ana yurdum, Azərbaycan”, “Arazın o tayında”, “Sabir”, “Kür”, “Səadət yolu ilə”, “Bakıda küləklər əsir”, “Nəriman Nərimanov” və digər filmləri kino tariximizdə iz qoyub.

Dadaşov həmçinin “Qanun naminə” filmi ilə quruluşçu rejissor kimi debüt edib və ekran əsərlərində aktyorların daxili aləmini ustalıqla əks etdirməyi bacarıb. Onun filmləri beynəlxalq festival və müsabiqələrdə də uğur qazanıb.

Xalq artisti Muxtar Dadaşov 1998-ci il mayın 7-də vəfat edib, lakin onun yaradıcılığı bu gün də milli-mədəni irsimizdə əvəzsiz dəyər kimi qorunub saxlanılır.

DOĞRU.AZ

Chosen
10
dogru.az

1Sources