Klubların sentyabr ayı üçün dünya reytinqi açıqlanıb.

Offsideplus.az xəbər verir ki, "Qarabağ" klubu dünya reytinqində 38 pillə irəliləyib. 

Beynəlxalq Futbol Tarixi və Statistikaları Federasiyasının (IFFHS) açıqladığı siyahıda 154,75 xalı olan Azərbaycan çempionu 134-cü sıradan 96-cı yerə qalxıb. 

"Sabah" (79,25) 264-cü pillədən 302-yə geriləyib. "Araz-Naxçıvan" (70,25) 363-cü mövqedən 355-ə qalxıb. "Zirə" (68) isə 274-dən 380-ə düşüb. 

Qeyd edək ki, cədvələ 543 xalla PSJ (Fransa) başçılıq edir.