EN

“Müəllim şagirdə şeiri əzbərlətməklə onu bazara hazırlamır”

ain.az, Qafqazinfo portalına istinadən məlumatı açıqlayır.

“Biz demirik ki, “Dərsə gedən bir uşaq” şeiri olmasın, biz deyirik ki, oxuyub-anlamanı inkişaf etdirmək lazımdır”.

“Qafqazinfo” xəbər verir ki, bunu elm və təhsil naziri Emin Əmrullayev yeni tədris ilinə dair keçirilən brifinqdə deyib.

Nazir bildirib ki, müəllimlər ənənəvi sistemdə inkişaf etməlidir: “10 şeir əzbərləmək təbii ki, vacibdir, bunu bilməliyik. Amma müəllim şagirdə şeiri əzbərlətməklə onu bazara hazırlamır. Oxuyub-anlama mütləq inkişaf etməlidir. Fokusumuzu dəyişməliyik. Sinif otağında müəllim ənənəni davam etdirir. Onu da qınamırıq, çünki həmin müəllimə də o cür öyrədilib. Bu, ən asanıdır”.

Fidan Etibar

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Chosen
65
2
qafqazinfo.az

4Sources