EN

10 min müəllim təhsil prosesindən tamamilə uzaqlaşdırılıb – Ceyhun Məmmədov

Bakı. Trend:

Müəllimlərin işə qəbulu üzrə müsabiqənin ödənişli olmasıməsələsi ola bilsin dəfələrlə təkrar istifadənin qarşısını almaqməqsədi daşıyır.

Trend xəbər verir ki, bunu Milli Məclisin Elm və təhsilkomitəsinin üzvü Ceyhun Məmmədov komitənin bugünkü iclasında çıxışızamanı deyib.

Millət vəkili bildirib ki, lakin məbləğin miqdarı da çoxönəmlidir:

“Yaxşı olar ki rəmzi məbləğ olsun.

Digər önəmli məsələ bu vəsaitin hara xərclənməsidir. Bununmexanizmi işlənib hazırlanıbmı? Bu məbləğ də yaxşı olar ki,müəllimlərin sosial rifahının yaxşılaşdırılmasına yönəldilsin.Ancaq burada ən önəmli məsələlərdən biri müəllimlərin psixolojidurumudur. Biz bu barədə ciddi düşünməliyik.

Başqa məsələ təxminən 10 min müəllim təhsil prosesindən tamamiləuzaqlaşdırılıb. İmtahandan keçə bilməyiblər, aydındır. Ancaqonların gələcəyi və sosial təminatı barədə ciddi düşünməliyik. Bucəmiyyətdə sosial gərginlik yaradır”.

Deputat çıxışında təhsillə bağlı digər məsələlərdən də bəhsedib.

“Bəzi özəl orta məktəblərdə təhsil haqqı çox yüksəkdir. Bəziməktəblərdə bu məbləğ 40 min civarındadır. Hesab edirəm, buməsələnin dövlət tərəfindən tərəfindən tənzimlənməsi məsələsininəzərədən keçirməliyik.

Bu il bəzi universitetlərdə təhsil haqları qaldırıldı. Qiymətartımı insanlarım imkanına və tədrisin keyfiyyətinə uyğunolmalıdır. Bu tələbələrin xaricdə təhsil almağa üstünlük verməsinəaparıb çıxaracaq. Hesab edirəm, bu məsələ sırf universitetlərin özöhdəsinə buraxılmalı deyil.

Məktəbli forması məsələsi vahid olmalıdır. Çünki valideynlərməktəbi dəyişəndə valideynlər ciddi çətinliklər yaşayırlar. Hərdəfə yeni paltara pul verməli olurlar”, - deyə C.Məmmədov qeydedib.

Chosen
56
az.trend.az

1Sources