EN

ABŞ-da populyar bloget Çarli Kirk güllələnib

Məşhur amerikalı mühafizəkar və Tramp tərəfdarı Çarli Kirkə qarşı sui-qəsd edilib, o, öldürülüb.

Kirk Utah Valley Universitetinin kampusunda çıxışı zamanı vurulub, şahidlərin dediyinə görə güllə onun boynuna dəyib. Atışmadan sonra izdihamda çaxnaşma başlayıb, insanlar müxtəlif istiqamətlərə qaçmağa başlayıblar. Hazırda hadisə yerində polis və bütün təcili yardım xidmətləri işləyir, şübhəli artıq saxlanılıb.

Kirk son dərəcə populyar mühafizəkar və respublikaçı olub, o, Amerika universitetlərinə səfərləri və Demokrat Partiyasının tərəfdarları ilə mübahisələri ilə tanınır.

Çarli Kirki güllələyən şəxs həbs edilib. Kirk transseksuallara qarşı çıxışını bitirərkən o, siyasətçini güllələyib.

Kirk sui-qəsd cəhdindən bir saat keçməmiş, huşunu itirmədən xəstəxanada ölüb. Bu barədə ABŞ Prezidenti Donald Tramp məlumat verib.

Tramp Kirkin öldürülməsini özünün Pensilvaniyada uğradığı sui-qəsd cəhdi ilə əlaqləndirib.

Chosen
8
moderator.az

1Sources