EN

1-ci Liqada mübarizəyə start verilir

Azərbaycan 1-ci liqasında yeni mövsüm başlayır. 

Fanat.Az xəbər verir ki, 10 komandanın mübarizə aparacağı çempionatın açılış turu 2 oyunla start götürəcək. 

Hər iki görüş eyni vaxtda - 16:30-da başlayacaq. "Ordu" 1-ci Liqanın debütantı "Şahdağ Qusar"ı qonaq edəcək. "Zaqatala" isə doğma meydanda "Cəbrayıl"ı sınağa çəkəcək. 

Azərbaycan 1-ci Liqası
1-ci tur
11 sentyabr (cümə axşamı)

16:30. "Ordu" – “Şahdağ Qusar”
Hakimlər: Emin Əliyev, Aydın Bəxşiyev, Rasim Axundov, İslam Məmmədov.
Binə. Qəsəbə stadionu

16:30. “Zaqatala” – “Cəbrayıl”
Hakimlər: Şamil İmanzadə, Səbuhi Soltanov, Vüqar Bayramov, Namiq Bəkirov
Zaqatala. Olimpiya İdman Kompleksinin stadionu

Qeyd edək ki, turun qalan oyunları cümə və şənbə günü baş tutacaq:  

12 sentyabr (cümə)

16:30. “Şəfa” – “Şimal”
19:00. “Səbail” – “Mingəçevir”

13 sentyabr (şənbə)

16:30. “Baku Sportinq” – “Difai” 

Chosen
12
1
fanat.az

2Sources