EN

Gizli hesabat: Moskva Pashinyanı izləyib və Bakını isə nəzarət altında saxlamağa çalışıb...

Rusiya prezident administrasiyasının keçmiş idarəsi ilə bağlı gizli məlumatlar ortaya çıxıb...

Poliqon xəbər verir ki, müxalif rus nəşri The Insider Rusiya prezident administrasiyasının xarici ölkələrlə regional və mədəni əlaqələr üzrə ləğv edilmiş idarəsinin iş prinsiplərini araşdıran geniş araşdırmasını yayıb. Araşdırmaya görə, Rusiya prezident administrasiyasının keçmiş idarəsinin maraq dairəsinə həm Ermənistan, həm də Azərbaycan olub.

Azərbaycan istiqaməti üzrə məsuliyyət QRU əməkdaşı Valeriy Çernışova həvalə olunub. Onun vəzifəsi Bakıda tanınmış dövlət məmurları, hərbi şəxslər və ictimai xadimlər haqqında məlumatlar toplamaq, Moskva üçün “obyektiv hesabatlar” hazırlamaq olub. Hesabatlar Rusiya prezidentinin köməkçisi Dmitri Kozak üçün hazırlanıb. Xüsusi məxfi hesabatlar daha sonra Rusiya prezidentinə təqdim edilib.

Sənədlərdən görünür ki, Kremlin narahatlığı əsasən Azərbaycanda Türkiyəyə qarşı rus maraqlarını təmsil edə biləcək təşkilatların demək olar ki, mövcud olmaması ilə bağlı olub.

Məxfi sənədlərdə göstərilir ki, Azərbaycan ərazisində Rusiya qeyri-hökumət təşkilatlarının mövcudluğunu gücləndirmək məqsədə uyğundur. Mövcud strukturların canlandırılması və ya yeni qurumların yaradılması ‘yumşaq güc’ aləti ola bilər.

“Əsas diqqət sərhəd bölgələrinə, gəncliyə, tələbə təşkilatlarına, təhsilə, rus dilinə, mədəni layihələrə və jurnalist forumlarına yönəlməlidir”, deyə hesabatda vurğulanır.

Bakıya tez-tez Rusiya emissarları səfər edib. Burada konfranslar, jurnalistika məktəbləri təşkil olunub. İdarənin keçmiş əməkdaşları bildiririblər ki, “Azərbaycanla dostluq” adı altında yüz milyonlarla dollar sərf olunsa da,  bütün bu fəaliyyətlər “uşaq diplomatiyası” kimi görünürb.

Tərəflər arasında münasibətlər 2025-ci ilin əvvəlində gərginləşib. Bunun əsas səbəbi Moskvanın AZAL təyyarəsinin qəzaya vurması və Yekaterinburqda Safarov qardaşlarının təhqirli ölümü ilə bağlı faktları gizlədilməsi olub. Buna qarşı akının reaksiyası sərt olub və Kremlin təbliğat resursu “Sputnik” bağlanıb, həmçinin Rusiya ilə rəsmi tədbirlər minimuma endirilib.

Ermənistan istiqamətini isə digər QRU zabiti Dmitri Avanesov işləyib. The Insider-in əldə etdiyi sənədlərdə Ermənistanda “gizli agent” tərəfindən Avanesova təqdim olunan hesabatlar yer alıb. Bu agent hətta baş nazir Nikol Pashinyanın hərəkətlərini izləyirib və onun əməliyyat kod adı “Boroda” olub. Məxfi sənədlərdə göstərilir ki, “Ermənistanda Rusiyanlı siyasət əsasən pensiya yaşında olan siyasətçilər tərəfindən müdafiə olunur”, gənclər isə bu narrativləri nəzərə almır. Təsirin gücləndirilməsi məqsədilə “yeni və yaradıcı simaların” maliyyələşdirilməsi təklif olunur.

Araşdırmada həmçinin qeyd olunur ki, Moskva üçün Azərbaycanın strateji əhəmiyyəti böyükdür və Kremlin məqsədi bu ölkədə siyasi və mədəni təsirini artırmaq, Türkiyənin təsirini neytrallaşdırmaqdır. İdarənin fəaliyyətini qiymətləndirən ekspertlər bildirirlər ki, bu cür məxfi əməliyyatlar uzunmüddətli diplomatik planın bir hissəsi olub və həm regiondakı siyasi stabilliyi, həm də Rusiya maraqlarını qorumağa yönəlib.

Poliqon.info

Chosen
31
1
poliqon.info

2Sources