EN

Rauf Hacıyev: Su idarəçiliyində ekoloji yanaşma artıq seçim deyil, strateji zərurətdir

Oxu.az portalından alınan məlumata görə, ain.az xəbər verir.

"Azərbaycanın mövqeyi aydındır. Su idarəçiliyində ekoloji yanaşma artıq seçim deyil, strateji zərurətdir".

Oxu.Az xəbər verir ki, bunu ekologiya və təbii sərvətlər nazirinin müavini Rauf Hacıyev Bakıda keçirilən 2-ci Beynəlxalq Su Təsərrüfatı Sərgi və Konfransının - "Baku Water Week"in (Bakı Su Həftəsi) ikinci gününün açılış mərasimində deyib.

O bildirib ki, bu, həm daxili ekosistemlərin sağlamlığına, həm də regionda sabitliyin qorunmasına xidmət edir:

"Nazirlik olaraq biz bu missiyanı davam edərək bütün tərəfdaşlarla birgə ekoloji cəhətdən davamlı, təhlükəsiz gələcək qurmaq üçün əməkdaşlığa hazırıq".

Məhərrəm Əliyev

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Chosen
33
1
oxu.az

2Sources