EN

Bitki Mühafizə və Texniki Bitkilər İnstitutunun təcrübə sahəsində pambıq yığımına start verilib

ain.az, Azertag portalına istinadən məlumatı açıqlayır.

Bakı, 11 sentyabr, AZƏRTAC

Kənd Təsərrüfatı Nazirliyinin Bitki Mühafizə və Texniki Bitkilər İnstitutunun təcrübə sahəsində pambıq yığımına start verilib. Hazırda institutun 18 hektar ərazini əhatə edən sınaq və seleksiya sahələrində yerli iqlim şəraitinə uyğunlaşdırılmış, yüksək məhsuldarlıq və keyfiyyət göstəriciləri ilə seçilən tezyetişən “Gəncə 160” və “Gəncə 183” pambıq sortlarının yığımına başlanılıb.

Nazirliyin İctimaiyyətlə əlaqələr və informasiya təminatı şöbəsindən AZƏRTAC-a bildirilib ki, pambıq yığımı prosesi institutun elmi nəzarəti altında, müasir elmi metod və yanaşmalar əsasında həyata keçirilir. Bu mərhələdə tədqiqat məqsədilə yığım yalnız əl ilə aparılır. Bu yanaşma sortların məhsuldarlıq göstəricilərinin daha dəqiq qiymətləndirilməsinə, eləcə də hər bir nümunənin ayrı-ayrılıqda təhlilinə imkan yaradır.

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Chosen
21
2
azertag.az

6Sources