EN

Bəzi özəl məktəblərdə təhsil haqqı 30 mindir Deputat

ain.az bildirir, Unikal.az saytına əsaslanaraq.

"Bəzi özəl orta məktəblərdə təhsil haqqı çox yüksəkdir. Bəzi məktəblərdə bu məbləğ 30 min civarındadır. Hesab edirəm ki, bu məsələnin dövlət tərəfindən tərəfindən tənzimlənməsi məsələsini nəzərdən keçirməliyik. Hətta bəzi rəqəmlər daha yüksəkdir".

"Unikal" xəbər verir ki, bunu Milli Məclisin Elm və təhsil komitəsinin bu gün keçirilən iclasında deputat Ceyhun Məmmədov deyib. O bildirib ki, bu il özəl orta məktəblərə daha çox meyl var:

Deputat qeyd edib ki, bəzi universitetlərdə təhsil haqları qaldırıldı: "Bu, cəmiyyətdə geniş müzakirə olundu. Qiymət artımı insanların imkanına və tədrisin keyfiyyətinə uyğun olmalıdır. Bu məsələ dövlətin nəzarəti ilə aparılmalıdır. İstənilən universitet istədiyi məbləği müəyyənləşdirməli deyil. Təhsil haqqının qalxması tələbələrin xaricdə təhsil almağa üstünlük verməsinə aparıb çıxaracaq. Hesab edirəm ki, bu məsələ sırf universitetlərin öz öhdəsinə buraxılmalı deyil. 

C.Məmmədov vurğulayıb ki, məktəbli forması məsələsi vahid olmalıdır: "Çünki valideynlər məktəbi dəyişəndə ciddi çətinliklər yaşayırlar. Hər dəfə yeni paltara pul verməli olurlar".

Anar Kəlbiyev

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Chosen
23
3
unikal.az

4Sources