EN

“Barselona”nın ukraynalı sabiq futbolçusu karyerasını bitirib

Bakı, 11 sentyabr, AZƏRTAC

Ukrayna millisinin və İspaniyanın “Barselona” komandasının sabiq futbolçusu Dmitri Çıqrinski karyerasını bitirmək qərarına gəlib.

AZƏRTAC xəbər verir ki, bu barədə 38 yaşlı oyunçunun agenti Aleksandr Pankov məlumat verib.

Keçmiş müdafiəçi 2024-cü ilin yayından klubsuzdur. O, bundan sonra Yunanıstanın "Aris" komandasının baş məşqçisi Manolo Ximenezin köməkçisi olacaq.

Dmitri Çıqrinski 2009-2010-cu illərdə "Barselona"nın heyətindəki çıxışı ilə tanınıb. Karyerasının böyük hissəsini “Şaxtyor” (Donetsk) və AEK-də keçirən futbolçu Ukrayna yığmasında isə 29 matçda meydana çıxıb.

Chosen
29
1
azertag.az

2Sources