EN

Türkiyədən Azərbaycana avtomobil ixracı artıb (ÖZƏL)

BAKI, TurkicWorld

Türkiyə 2025-cü ilin avqust ayında Azərbaycana avtomobil ixracını 2024-cü ilin eyni dövrü ilə müqayisədə 37,3 faiz artaraq, 10 milyon 197 min 12 dollara çatdırıb.

Bu barədə TurkicWorld-a Türkiyə Ticarət Nazirliyindən məlumat verilib.

2025-ci ilin yanvar – avqust aylarında Türkiyədən Azərbaycana avtomobil ixracı ötən ilin eyni dövrü ilə müqayisədə 0,5 faiz artaraq, 58 milyon 405 min 61 dollara bərabər olub.

Qeyd edək ki, 2025-ci ilin yanvar-avqust aylarında Türkiyənin avtomobil ixracı ötən ilin eyni dövrü ilə müqayisədə 12,9 artaraq, 26 milyard 546 milyon 824 min dollara bərabər olub.

“Bu ilin avqust ayında Türkiyə 2 milyard 732 milyon 652 min dollar məbləğində avtomobil ixrac edib ki, bu da keçən ilin avqust ayı ilə müqayisədə 1,3 faiz artaraq” – deyə nazirlikdən bildirilib.

Qeyd olunub ki, son 12 ay ərzində (avqust 2024-avqust 2025) Türkiyə 40 milyard 238 milyon 31 min dollar məbləğində avtomobil ixrac edib.

Chosen
25
24
turkic.world

10Sources