EN

Dövlət Proqramı çərçivəsində indiyədək 1752 nəfər xaricdə təhsil alıb

BAKI, 11 sentyabr. TELEQRAF

2022-ci ildən etibarən 1752 nəfər Dövlət Proqramı çərçivəsində xaricdə ali təhsil almaq hüququ qazanıb.

Teleqraf xəbər verir ki, bunu elm və təhsil naziri Emin Əmrullayev yeni tədris ilinə dair media brifinqində deyib.

O bildirib ki, cari ildə qəbul olunan 500 nəfərdən 160-ı top-10-da yer alan ali təhsil müəssisələrində oxuyacaq.

Chosen
81
teleqraf.com

1Sources