EN

Son dəqiqə: Bu məktəblər 1 həftəlik onlayn təhsilə keçəcək

"Formula 1" Qran Prisi səbəbindən bəzi məktəblər bir həftəlik onlayn təhsilə keçəcək.

News24.az xəbər verir ki, bunu elm və təhsil naziri Emin Əmrullayev yeni tədris ilinə dair media üçün keçirilən brifinqdə bildirib. 

O qeyd edib ki, "Formula 1" Qran Prisi ilə əlaqədar bəzi məktəblərdə şagirdlərin təhlükəsizliyi və nəqliyyatın məhdudlaşdırılması səbəbindən tədris prosesinin bir müddət onlayn formada aparılması qərara alınıb.

Nazir əlavə edib ki, bu tədbir şagirdlərin dərslərini itirməməsi və eyni zamanda şəhərdəki nəqliyyat sıxlığının azaldılması məqsədini daşıyır. Onlayn təhsilə keçəcək məktəblərin siyahısı yaxın günlərdə ictimaiyyətə təqdim olunacaq.

Emin Əmrullayev vurğulayıb ki, təhsil sistemində belə çevik tədbirlər şagirdlərin və müəllimlərin təhlükəsizliyini təmin etməklə yanaşı, tədrisin fasiləsizliyini qorumağa xidmət edir.


Aqil Qarayev



Chosen
98
1
news24.az

2Sources