EN

Deputatdan müəllimlərin maaş artımına reaksiya: Bu düzgün yanaşma deyil!

Sertifikasiyadan keçən müəllimlərin maaş artımı proporsional artım olmalıdır.

Modern.az-ın məlumatına görə, bunu Milli Məclisin Elm və təhsil komitəsinin bugünkü iclasında deputat Samir Vəliyev deyib. 

“Çox sayda müəllim bizə hər il müraciətlər edir.  Sertifikasiya imtahanından keçəndən sonra müəllimlərin maaş artımı motivasiya məqsədi daşıyır. 31 bal toplayan müəllimlə 60 bal toplayan müəllimin maaşında 10 faiz fərq olur. Bu düzgün yanaşma deyil. Zərərin yarısından da qayıtmaq yaxşıdır. Proporsional artım nəzərdə tutulmalıdır. Bu sahədə müraciətlər də çox olur. Məsələni müvafiq icra hakimiyyətlə qarşısında qaldırılmasını sizdən xahiş edirəm”.

Chosen
66
3
modern.az

4Sources