EN

Deputat: Regionlarda müəllimlər üçün stimullaşdırıcı tədbirlər görülməlidir

“Region məktəblərində çalışan müəllimlər üçün əlavə stimullaşdırıcı tədbirlər - maddi bonus, yaşayış şəraiti - görülməlidir, peşəkar inkişaf kursları təmin olunmalıdır. Müəllimləri də düşünmək lazımdır”.

APA xəbər verir ki, bunu Milli Məclisin Elm və təhsil komitəsinin bu gün keçirilən iclasında deputat Elnarə Akimova deyib.

Deputat bildirib ki, kənd məktəblərində təhsil bərabərliyi təmin olunmalıdır: “Zənnimcə, kənd məktəblərində sürətli və stabil internetin yaradılması üçün Elm və Təhsil Nazirliyi ilə Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin birgə proqramı hazırlanmalıdır. Məktəblərdə pulsuz “təhsil interneti” tətbiq olunmalıdır. Eləcə də regional laboratoriya mərkəzlərinin yaradılmasına ehtiyac var. Hər rayonda ən azı bir tədris-laboratoriya kompleksi yaradılmalı və yaxınlıqdakı kənd məktəbləri bu mərkəzdən istifadə etməlidir. Bu komplekslərdə fizika, kimya, biologiya və robot texnikası üzrə praktiki dərslər təşkil edilməlidir.

Elnarə Akimova qeyd edib ki, kənd məktəblərində köhnə kitabxanalar yenilənməli, müasir dərslik və ədəbiyyatla təmin olunmalıdır: “Elektron kitabxana sisteminə çıxış hər bir məktəb üçün təmin edilməli, planşet və ya kompüterlər vasitəsilə istifadəyə açıq olmalıdır”.

Chosen
57
2
apa.az

3Sources