Kişi basketbolçular arasında keçirilən Avropa çempionatında yarımfinal mərhələsinə yüksələn bütün komandalar bəlli olub.
90deqiqe.Az-ın məlumatına görə, 1/4 final mərhələsinin son qarşılaşmasında Almaniya millisi Sloveniya yığması ilə üz-üzə gəlib. Gərgin mübarizə şəraitində keçən görüşdə almanlar 99:91 hesablı qələbə qazanaraq adını yarımfinala yazdırıb.
Bununla da Avro-2025-in yarımfinal cütlükləri aşağıdakı kimi formalaşıb:
Türkiyə – Yunanıstan
Finlandiya – Almaniya
Yarımfinal qarşılaşmaları sentyabrın 12-də baş tutacaq. Final və üçüncü yer uğrunda oyunlar isə sentyabrın 14-də keçiriləcək.
Qeyd edək ki, bu mərhələdən sonra qalib komandalar finalda Avropa çempionu adına sahib çıxmaq üçün mübarizə aparacaq, məğlub olan yığmalar isə bürünc medal uğrunda üz-üzə gələcək.