EN

Pezeşkiandan ana dilində tənqidi çıxış: "Qınından çıxıb, qınını bəyənmirlər"

İran Prezidenti Məsud Pezeşkian bu gün Ərdəbil əyalətinə səfəri çərçivəsində keçirilən iclasda maraqlı çıxışı ilə diqqət çəkib. O, təhsil sistemindəki mövcud problemləri tənqid edərkən fikirlərini Azərbaycan dilində ifadə edib.

"Azad İran" "Telegram" kanalı bu barədə İran KİV-ə istinadən məlumat yayıb.

Pezeşkian bəzi məktəblərin ziyalılar yetişdirmək əvəzinə, cəmiyyətə təkəbbürlü insanlar qazandırdığını bildirib.

İran prezidenti bu vəziyyətə reaksiya verərək deyib:

"Qınından çıxıb, qınını bəyənmirlər. Bu ifadənin tərcüməsi yoxdur. Biz bu torpağa mənsub olduğunu bilən məktəblilər yetişdirməliyik. Problemlərimizi özümüz həll etməliyik, çünki bizim dərdimizə kənardan heç kim gəlib əlac qılmayacaq".

Chosen
25
7
moderator.az

8Sources