EN

Ukrayna Rusiyanın Qara dənizdə daha bir gəmisini vurub

Qara dənizdə, Novorossiysk yaxınlığında Ukrayna hərbçiləri Rusiyanın Qara Dəniz Donanmasının MPSV07 gəmisini izləyib və sıradan çıxarıb.

Missiya.Az xəbər verir ki, bu barədə Ukrayna Müdafiə Nazirliyinin Baş Kəşfiyyat İdarəsi özünün “Teleqram” kanalında məlumat yayıb.

Bildirilib ki, hücum sentyabrın 10-da baş verib.

Məlumata görə, gəmi Rusiyanın Qara dəniz donanmasının gəmilərinin yerləşdiyi Novorossiysk körfəzi yaxınlığında patrul və radar kəşfiyyatı aparırmış.

Qeyd olunub ki, gəminin qiyməti təxminən 60 milyon dollardır və Rusiya Hərbi Dəniz Qüvvələrində cəmi dörd belə gəmi var.

 

Daşqın HəsənovMissiya.Az

Chosen
48
missiya.az

1Sources