EN

Mehriban Vəliyeva: Təhsil sahəsində aktual məsələlərin geniş müzakirəsinə ehtiyac var

"Təhsil sahəsində aktual məsələlərin geniş müzakirəsinə ehtiyac var".

TƏHSİL.BİZ xəbər verir ki, Elm və təhsil komitəsinin iclasında deputat Mehriban Vəliyeva çıxışı zamanı bu sahədə qarşıda duran fərqli məsələlərin, habelə aktual problemlərin geniş müzakirəsinin vacibliyini vurğulayıb. O qeyd edib ki, gündəmə gətiriləcək mövzuların ardıcıl şəkildə təhlili təhsil sahəsində daha düzgün qərarların qəbuluna şərait yaradacaq.

"Bu müzakirələr həm təhsildə mövcud çətinliklərin həlli, həm də gələcək inkişaf istiqamətlərinin müəyyən olunması baxımından əhəmiyyətlidir", - deyə deputat qeyd edib.

 

Chosen
33
tehsil.biz

1Sources