Beynəlxalq reytinq agentliyi Fitch Ratings, qlobal iqtisadiyyata dair proqnozlarını yeniləyib.
Marja xəbər verir ki, agentlik bu il üçün qlobal ümumi daxili məhsulun (ÜDM) artımı üzrə proqnozunu əvvəlki 2,2%-dən 2,4%-ə, gələn il üçün isə 2,2%-dən 2,3%-ə yüksəldilib. Fitch-in hesabatında dünya iqtisadiyyatının 2027-ci ildə 2,6% böyüyəcəyi proqnozlaşdırılır.
ABŞ iqtisadiyyatında yavaşlama gözlənilir
Hesabatda ABŞ iqtisadiyyatında yavaşlama əlamətlərinin olduğu bildirilib. Ölkənin qitsadi artım sürəti bu il və gələn il üçün 1,6%, 2027-ci ildə isə 2,1% proqnozlaşdırılır. Yüksək inflyasiya və əmək haqqı artımının ləngiməsi 2025-ci ildə istehlak xərclərinə mənfi təsir göstərəcək. Fitch, ABŞ Mərkəzi Bankının faiz dərəcələrini daha sürətli endirə biləcəyini vurğulayır; ilin sonuna qədər bir neçə 0,25 faiz bəndi endirimi gözlənilir.
Avrozona və Çin iqtisadiyyatı
Fitch Avrozona iqtisadiyyatının bu il və gələn il hər il üçün 1,1% böyüyəcəyini, 2027-ci ildə isə 1,2% artacağını proqnozlaşdırır. Çin iqtisadiyyatı üçün isə bu il 4,7%, gələn il və 2027-ci ildə isə hər il 4,1% artım gözlənilir.