EN

Dərslər BU TARİXDƏ başlayacaq – RƏSMİ

Bəzi uni və məktəblərdə təhsilin başlama müddəti gecikə bilər.

KONKRET.az milliaz-a istinadən xəbər verir ki, bunu elm və təhsil naziri Emin Əmrullayev yeni tədris ilinə dair media üçün brifinqdə deyib.

Nazirin sözlərinə görə dərslərin hansı universitet, məktəblərdə gec başlaması ictimaiyyətə bildiriləcək.

Dərslər gec başladığı tədqirdə isə distant keçirilməsi nəzərdə tutulur.

Nazir bildirib ki, 6 nömrəli məktəb, 132-134 saylı təhsil kompleksi, Elitar gimnaziya və digər mərkəzə yaxın müəssələrdə tədris 1 həftə distant formada təşkil ediləcək

“Biz bu müəssisələrin tam siyahısını elan edəcəyik. Bu qərar bütün məktəblərlə bağlı deyil”.

“Bu, hər il qəbul edilən qərardır. Ali təhsil müəssisələrinə gəlincə, adətən qərarı universitetlər özü hazırlayıb bizə təqdim edir. Yarış yolunun üzərinə düşən belə universitetlərin sayı da çox azdır”.

Nazir bildirib ki, Azərbaycan Dövlət İqtisad Universitetinə bu məsələ şamil oluna bilər:

“Amma “Formula 1″ Gəncədə keçirilmir. Ona görə də Gəncə Dövlət Universitetinə niyə şamil olunmalıdır? Eyni zamanda, 6, 132-134 nömrəli məktəblərə bu qərar şamil olunacaq”.

Chosen
20
5
konkret.az

7Sources