EN

Erməni Azərbaycan bazarı yaradılır Simonyandan inanılmaz ETİRAF

GlobalInfo saytından əldə olunan məlumata görə, ain.az məlumat yayır.

“Bir zamanla ortaq Erməni-Azərbaycan bazarına sahib olacağıq”.

Globalinfo.az xəbər verir ki, bunu Ermənistan parlamentinin spikeri Alen Simonyan jurnalistlərə açıqlamasında deyib.

O, iki xalqın əvvəllər də olduğu kimi qarşılıqlı şəkildə alış-veriş edəcəyini söyləyib:

“Ermənilər gedib daha ucuz benzin ala biləcəklər, Bu, bizim üçün çox sərfəlidir”.

Simonyan jurnalistin Ermənistan ərazisindən Azərbaycana maneəsiz keçidin verilməsindən sonra, eyni şəraitin ermənilər üçün də Azərbaycan ərazisindən yaradılıb-yaradılmayacağına dair sualına maraqlı cavab verib:

“Azərbaycanı anlamaq lazımdır, onlar Ermənistan Respublikasının 20% ərazilərini 30 il işğalda saxladığını düşünürlər. Çox böyük və ağır yaraları var. Azərbaycan ərazisindən ermənilərə keçid veriləcəyi halda bütün ehtimal təhdidlərin qarşısı alınmalı, yaxın 50-100 il üçün təhlükəsizlik tədbirləri görülməlidir. Çünki anidən nələrin baş verə biləcəyini bilmirik”.

Əliyar Xəlil

Globalinfo.az 

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Chosen
67
1
globalinfo.az

2Sources