Olke.az saytından alınan məlumatlara görə, ain.az xəbər verir.
Azərbaycan futbol klubu "Masallı" PFK artıq "Viləş" PFK olaraq fəaliyyət göstərəcək.
Bu barədə Ölkə.Az-a klubun prezidenti Mirələm Həşimov məlumat verib.
"Masallıda 25 illik həsrətə son qoyduq. "Viləş" komandasını geri qaytardıq", - deyə o bildirib.
Qeyd edək ki, sözügedən klub vaxtı ikən Azərbaycan çempionatının mükafatçısı olub və UEFA turnirində mübarizə aparıb.
Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.