EN

Rusiyada miqrant uşaqları təhsil imkanını İTİRİR - İlk 5 ayda...

Aprelin 1-dən Rusiyada əcnəbi uşaqların məktəbə qəbulu üçün icbari rus dili imtahanı tətbiq edilib.

İlk beş ayın nəticələri göstərir ki, uşaqların demək olar ki, 90%-i təhsil imkanını itirib.

Musavat.com xəbər verir ki, “Kommersant”ın məlumatına görə, qeydiyyat üçün 23,6 min müraciət daxil olub.

Yalnız 8 mindən çox uşaq imtahana buraxılıb və onlardan yalnız yarısı tapşırıqları uğurla yerinə yetirə bilib.

Regional nümayəndələr bildirirlər ki, uğursuzluğun əsas səbəbi uşaqların rus dilini kifayət qədər bilməməsi və “məhdud nitq təcrübəsi”dir.

Bir sıra federal subyektlərdə əcnəbi məktəblilərin sayı 7-10 dəfə azalıb.

Musavat.com

Chosen
19
musavat.com

1Sources