EN

Məktəbli avtobuslarının qiyməti nə qədər olacaq? Emin Əmrullayevdən AÇIQLAMA

ain.az, Redaktor.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

“Biz istəyirik ki, məktəbli avtobusu layihəsinin qiyməti aşağı düşsün. Dövlət maraqlıdır ki, bu qiymət aşağı olsun, daha çox valideyn bundan istifadə eləsin. Şəhərdə maşınların sayı azalsın, uşaqların məktəbə daha rahat gəlsin, daha təhlükəsiz gəlsin”.

Bu fikirləri elm və təhsil naziri Emin Əmrullayev bu gün keçirilən yeni tədris ilinə dair media birifinqində Redaktor.az-ın əməkdaşının sualını cavablandırarkən bildirdi.

“Çünki bir maşında buna nəzarət etmək daha asandır, nəinki səkkiz taksidə və yaxud 15 maşında. Amma bu istisna etmir ki, valideyn yenə də uşağını özü gətirə bilər. Yəni bu aydın məsələdir.

Qiyməti  biz müəyyən etmirik deyə, mən sizə bu qiymətin aşağı düşəcəyini deyə bilmərəm. Bu, qiymətlərə ya subsidiya verməklə, ya güzəşt verməklə, ya hansısa bir yollarla fikirləşirik ki, bu qiymət aşağı düşsün. Hal-hazırda bu modeli mən burada elan edə bilmirəm, çünki ortada tam qərar yoxdur. Amma niyyət var. Yəni niyyəti deyə bilərəm, amma qərar yoxdur deyənə, onu təsdiq edə bilmərəm”, - deyə nazir əlavə etdi.

Aytəkin TOFİQQIZI

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Chosen
5
1
redaktor.az

2Sources