EN

“Bizi “Azərbaycanın “Barselona”sı” adlandırırlar, amma biz “Qarabağ”ıq” Mateuş Koxalski

Idmanxeber.az saytından əldə olunan məlumata görə, ain.az məlumat yayır.

“Qarabağ”ın polşalı qapıçısı Mateuş Koxalski ölkə mətbuatına açıqlama verib.

İdmanxeber.az-ın məlumatına görə, 27 yaşlı qolkiper Polşadan dörd komandanın Konfrans Liqasına vəsiqə qazanmasına sevindiyini deyib. O, “Qarabağ”ın Çempionlar Liqasına vəsiqə qazanmasından da danışıb:

“Çempionlar Liqası ən azı iki pillə yuxarıdır. Polşanın tezliklə bu turnirdə yenidən təmsil olunacağına inanıram. İndi isə mən öz tarixçəmi “Qarabağ”la birlikdə yazıram. Elitar turnirin qrup mərhələsindəki rəqiblərə baxdıqca həyəcanlanıram. “Benfika” ilə səfərdə başlayırıq, ardınca “Kopenhagen”, “Atletik”  “Çelsi”, “Napoli”, “Ayaks”, “Ayntraxt” və “Liverpul” gəlir. Bu, sadəcə gözəldir və mənim ən çətin anlarda təslim olmadığım üçün qazandığım bir mükafatdır”.

Koxalski “Qarabağ”ın uğurunun sirrini də açıqlayıb:

“Bu, şübhəsiz ki, illərdir komandaya rəhbərlik edən Qurban Qurbanovla bağlıdır. O, hücum futboluna, pressinqə və təşəbbüskarlığa üstünlük verir. Rəqibin gücündən asılı olmayaraq, daim hücum etməyə çalışırıq. Bizi “Azərbaycanın “Barselona”sı” adlandırırlar, amma biz “Qarabağ”ıq. Komandadakı atmosfer əladır, baxmayaraq ki, oyunçular müxtəlif ölkələrdəndir. Əsas odur ki, bizi futbol dili birləşdirir”.

Polşalı qapıçı azarkeşlərin dəstəyi və komandanın hədəfləri barədə də danışıb:

“Azarkeşlər bilir ki, əlimizdən gələni edirik. Ötən mövsüm Avropa Liqasındakı çıxışımıza görə məyus oldular, elə biz özümüz də. Amma ölkə çempionu olmaqla və Çempionlar Liqasına yüksəlməklə bunu kompensasiya etdik. Bu uğur yerli azarkeşlərə öz milli komandalarının da inkişaf edəcəyinə inanmaq üçün stimul verir. Keyfiyyətli futbolçularımız var. Fernandu Santuş sentyabrda İslandiya və Ukrayna ilə oyunlara “Qarabağ”dan düz yeddi oyunçu çağırdı. Çempionlar Liqasında iştirak Azərbaycan futbolçularının xaricə transferi baxımından da müsbət təsir göstərəcək. İnanıram ki, bir çoxu güclü liqalarda da özünü göstərə biləcək”.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Chosen
15
1
idmanxeber.az

2Sources