EN

"Qalatasaray"ın qış planı: Ulduz futbolçu transfer ediləcək

“İnter”in yarımmüdafiəçisi Hakan Çalhanoğlu yaxın vaxtlarda klubdan ayrıla bilər.

Publika.az xəbər verir ki, bu barədə "Fichajes" məlumat yayıb.

Bildirilir ki, 31 yaşlı türkiyəli futbolçu ilə “Qalatasaray” maraqlanır. Tərəflər yayda mümkün transferlə bağlı danışıqlar aparsalar da, keçid qışa saxlanılıb. Gözlənilir ki, İstanbul klubu yarımmüdafiəçi üçün 10 milyon avro ödəyəcək.

Çalhanoğlu 2021-ci ilin yayından “İnter”də çıxış edir. O, 2024/25 mövsümündə 47 oyunda 11 qol vurub və 8 qolun ötürməsini edib.

Chosen
13
publika.az

1Sources