EN

Avropa Liqasının favoritləri açıqlandı


“Opta” superkompüteri 2025/2026 mövsümündə Avropa Liqasında kimin qalib olacağını proqnozlaşdırıb.
Yeniavaz.com
xəbər verir ki, bu barədə “Opta Analyst” “X” sosial şəbəkə hesabında məlumat yayıb.
Məlumata görə, İngiltərənin “Aston Villa” klubunun turnirin qalibi olmaq şansı ən yüksəkdir - 21,6%.
İkinci yerdə İtaliyanın “Roma”sı (12,8%), üçüncü yerdə isə İngiltərənin “Nottingem Forest”i (11,3%) qərarlaşıb.
Ən az şans Niderlandın “Utrext” (0,5%) və Xorvatiyanın “Dinamo Zaqreb” (0,8%) komandalarındadır.
Qeyd edək ki, 2025/2026 Avropa Liqası 24 sentyabr 2025-ci il - 20 may 2026-cı il tarixlərində keçiriləcək.
Final matçı İstanbulda "Beşiktaş" stadionunda baş tutacaq.
Chosen
55
yeniavaz.com

1Sources