EN

Deputat: "Əmək bazarında magistr təhsili alan şəxslə magistr olmayan şəxslərə heç bir fərq qoyulmur"

Kadr hazırlığına potensialı olan və ya olmayan bütün universitetlər magistratura üçün plan yerləri verirlər. 

FED.az xəbər verir ki, bunu Milli Məclisin Elm və təhsil komitəsinin üzvü Vasif Qafarov komitənin bugünkü iclasında deyib.

O qeyd edib ki, magistr təhsili alan şəxslə magistratura səviyyəsində oxumayan şəxslərə əmək bazarında heç bir fərq qoyulmur: 

"Bu isə magistraturaya marağın azalmasına səbəb olur".

Deputat əlavə edib ki, eyni zamanda magistr təhsili üçün tələblər artırılmalıdır: 

"Bu tələbləri bugünkü doktorantura səviyyəsinə qaldırmalı, paralel olaraq fəlsəfə doktoru üzrə doktoranturaya da tələbləri elmlər doktoru üzrə doktorantura səviyyəsinə qaldırmalı və bununla da birpilləli doktorantura modelinə keçməliyik". (Report)

Chosen
43
fed.az

1Sources