Elm və təhsil naziri Emin Əmrullayev universitetlərdə təhsil haqqının Nazirlik tərəfindən müəyyən olunması barədə deputatların təklifinə münasibət bildirib.
Ölkə.Az xəbər verir ki, nazir hələlik belə bir dəyişikliyin gözlənilmədiyini söyləyib:
"Universitetlərdə təhsil haqqı Nazirlər Kabineti tərəfindən müəyyənləşdirilir. Təhsil haqlarının gələcəkdə nazirlik tərəfindən tənzimlənməsi barədə dəyişiklik olarsa bu barədə danışmaq olar".
Billurə