EN

Azərbaycan məktəblərində rusdilli bölmələrin sayı azala bilər - Emin Əmrullayev

BAKI, 11 sentyabr. TELEQRAF

Rusdilli məktəblər anlayışı yoxdur, Azərbaycan məktəblərində Rus dili bölməsi var.

Teleqraf xəbər verir ki, bu barədə elm və təhsil naziri Emin Əmrullayev yeni tədris ilinə dair media brifinqində jurnalstərin suallarını cavablandırarkən deyib.

O bildirib ki, insanlarımızınöz dilimizi bilmək şərti ilə rus dilini bilməsi yaxşı haldır.

"Rus dilində əsas problemimiz müəllim çatışmazlığı ilə bağlıdır. Buna görə də rusdilli bölmələrində azalmalar ola bilər. Amma bölmələrin tamamilə ləğv edilməsi gündəmdə deyil", - nazir əlavə edib.

Chosen
34
1
teleqraf.com

2Sources