Məktəbli avtobusu layihəsi bu ildən fəaliyyətə başlayacaq, amma bütün məktəblər üçün olmayacaq.
Publika.az xəbər verir ki, bu barədə elm və təhsil naziri Emin Əmrullayev brifinqində jurnalistlərin suallarını cavablandırarkən deyib.
O bildirib ki, zamanla bu avtobusların sayı və istiqaməti artırılacaq.