EN

Qətərdə fövqəladə Ərəb-İslam sammiti keçiriləcək

Qətərin paytaxtı Dohada fövqəladə Ərəb-İslam sammiti keçiriləcək.

Moderator.az “Əl Ərəbiyyə”yə istinadən xəbər verir ki, iclas 14-15 sentyabr tarixlərində keçiriləcək.

Tədbirin təşkilində məqsəd İsrailin Qətərə hücumunun müzakirə edilməsidir.

Qeyd edək ki, İsrail 9 sentyabrda Qətərin paytaxtı Doha şəhərində HƏMAS üzvlərinin olduğu obyektə hava hücumu həyata keçirib.

Chosen
15
2
moderator.az

3Sources