EN

Azərbaycanın gələcəkdə hər hansı təhlükənin qarşısını almaq istəyini haqlı hesab edirik - Alen Simonyan

Ermənistan parlamentinin spikeri Alen Simonyan Azərbaycanın gələcəkdə hər hansı təhlükənin qarşısını almaq səylərini haqlı hesab edir.

“İki sahil” xəbər verir ki, bu barədə Ermənistan mediası məlumat yayıb.

"Aydındır ki, Azərbaycan üçün gələcəkdə hər hansı təhlükənin qarşısını almaq və onun, deyək ki, 50 və ya 100 il sonra baş verməsinə imkan verməmək vacibdir... Hər şey ola bilər", - Simonyan jurnalistlərə bildirib.

 O, kommunikasiyaların mümkün qədər tez açılmasının Ermənistan üçün vacib olduğunu vurğulayıb.

Chosen
8
4
ikisahil.az

5Sources