"Bizə görə təhsil eksperti deyə bir sahə yoxdur”.
News24.az xəbər verir ki, bunu elm və təhsil naziri Emin Əmrullayev yeni tədris ilinə dair media üçün keçirilən brifinqdə deyib.
Nazir qeyd edib ki, ölkədə təhsil sahəsində ekspert kimi fəaliyyət göstərən kifayət qədər müstəqil və peşəkar şəxs yoxdur:
“Bizə görə təhsil eksperti yoxdur. Bu anlayışı bəzi şəxslər özlərindən yaradıblar. Təhsil eksperti necə bir sahədir? Hansı peşəni bitirib, hansı sahədən bu adı alıblar?".
O, həmçinin vurğulayıb ki, təhsil sistemində mövcud problemlərin həlli üçün mütəxəssislərin yetişdirilməsi və təhsil siyasətində peşəkar yanaşmanın tətbiqi vacibdir.
Aqil Qarayev