EN

Əslində həbsxanada yatmalı olan bir şəxsə medal necə və niyə verildi?-SABİQ DEPUTATDAN SƏRT İTTİHAM

Son günlərin gündəmi zəbt etmiş əsas mövzulardan biri də bəzi QHT-lər tərəfindən hansısa “qazi”lərə saxta orden və medalların təqdim edilməsidir. Yəni heç bir önəmlı xidməti olmayan, özünə saxta əlillik və ya “Müharibə iştirakçısı” sənədi düzəltmiş şəxslərə həmin QHT-lər tərəfindən pul müqabilində müxtəlif fəxri adlar və medallar təqdim olunub. Bu təbii ki, biabırçı bir fakdır. Və ona görə də haqlı olaraq cəmiyyət və əsl Qazilər arasında böyük narazılıqla qarşılanmışdır.
Vətəninfo.az xəbər verir ki, bu açıqlamanı özünün “facebook”sosial şəbəkə hesabında sabiq millət vəkili Etibar Hüseynov çıxış edib. Sabiq millət vəkili yazır:
Bu gün Ədliyyə Nazirliyi və QHT-lərə Dövlət Dəstəyi Agentliyi birgə bəyanatla çıxış edərək həmin təşkilatlara xəbərdarlıq edib. Bəyanatda deyilir:
image-etibar1
“Azərbaycan Respublikasının orden və medallarının təsis edilməsi haqqında” 1992-ci il tarixli Azərbaycan Respublikası Qanununa 2010-cu ildə əlavə edilmiş 3-cü bəndə əsasən, orden və medal – vətəndaşlara xüsusi xidmətlərə görə dövlət tərəfindən verilən dövlət təltifidir. Bu Qanundan başqa digər normativ hüquqi aktlarda orden və medallar (o cümlədən “orden” və ya “medal” ifadəsindən hər hansı mənada istifadə edilməklə) təltif növü kimi təsis oluna bilməz.
Bildiririk ki, bəzi QHT-lərin orden və medallar təsis etməsi ictimai etimadı sarsıdır, əhalinin aldadılmasına səbəb olur və ciddi hüquqi məsuliyyət yaradır”. Sitatın sonu.
Burada haşıyəyə çıxıb bir məqama diqqət yetirmənizi istərdim. Bəyanatda da qeyd olunub ki, “Orden və medallarla vətəndaşlar XÜSUSİ XİDMƏTLƏRNƏ GÖRƏ təltif olunur”. Demək istıdiyim nədir? Məlum olduğu kimi bir sıra Dövlət qurumlarının nümayəndələri də hansısa bayram və ya “Peşə bayramı günündə” bir sıra orden və medallarla təltif olunur. Ancaq çox təəssüflər olsun ki, bəzi hallarda həmin qurumların rəhbərləri də bu məsələdən sui-istifadə edərək bəzi şəxslərin adını təqdimat siyahısına layiq olduqlarına görə deyil, məhz şəxsi münasibətlərə görə salırlar. Məsələn bir misal gətirim.
image-etibar2
Əlyev Mahir Məzahir oğlu vaxtı ilə bu gün həbsdə olan Şəmkirin keçmiş İcra başçısı Alimpaşa Məmmədovun köməkçısi ( əslində isə Qara kassası) olub. Adam işlədiyi dövrdə rayondakı Dövlət müəsisələrindən tutmuş, iş adamları, sahibkarlara qan uddurub. Onları necə deyərlər “aylığ”a oturdub. Və sonunda da Alimpaşa Məmmədov “Qara maskalı”lar tərəfindən həbs olunanda onunla birlikdə saxlanılan 2 nəfərdən biri olub. O vaxt şəmkirlilər Alimpaşadan dah çox məhz Mahirin həbs olunmasına sevinmişdilər. Sonrakı istintaq dövründə dindirilən 10larla şəxs rüşvətin məhz Mahir Əliyev tərəfindən yığıldığını bildirmişdi. Bu həm istintaq materiallarında öz əksini tapıb və daha sonra keçirilən məhkəmə dövründə də öz təsdiqini tapmışdır.
image-semkir
Amma buna baxmayaraq az keçməmiş Mahir Əliyev hansısa yollarlasa “sudan quru çıxmağı” bacardı. Və bu da azmış kimi bir möddət sonra yeni Başçı- Rəşad Tağıyev tərəfindən özünə köməkçi götürüldü. Təbbi ki, burada Mahirin “təcrübəli işçi”, “qaz vurub, qazan doldurmaq” fərasəti əsas amil oldu. Və o da keçmiş fəaliyyətini yenidən bərpa edərək başçının ” Qara kassiri” vəzifəsini davam etdirməyə başladı.
image-semkir1
Ancaq buna da göz yummaq olardı. Burada ən dəhşətlisi isə budur ki, təxminən 3 ay əvvəl həmin bu Rəşad Tağıyev, əslində bu gün dəmir barmaqlıqlar arxasında oturmalı olan bir şəxs- Əliyev Mahir Məzahir oğlunun təqdimatını verərək ona ” Dövlət qulluğunda fərqlənməyə görə” medalı ilə təltif olunmasına nail oldu. İndi sual olunur: bu Mahir Əliyev göstərdiyi “qulluqda” nə ilə fərqlənib? Hansı xidmətlərinə görə?
Adamın mətbuatda oliqarxlara məxsus var-dövləti barədə konkret siyahılar dəfələrlə dərc olunub. Bayaq qeyd etdiyim kimi: əslində bütün bunlara görə haqqında araşdırma aparıb ən yaxşı halda işdən kənarlaşdırılmalı olan bir şəxsi, sanki Şəmkir əhlinə bir yandı-qındı, “göz dağı” verməklə, bununla da insanlarda qıcıq və qəzəb yaratmaqda, görəsən Rəşad Tağıyevin məqsədi nədir?
Chosen
10
1
veteninfo.az

2Sources