EN

İğtişaşlara görə bağlanan aeroport açıldı

ain.az, Qafqazinfo portalına istinadən məlumat verir.

Nepalın paytaxtı Katmandunun aeroportu fəaliyyətini bərpa edib.

“Qafqazinfo” TASS-a istinadən xəbər verir ki, bu barədə məlumatı hava limanının baş meneceri Hanşarac Pandey açıqlayıb.

Onun sözlərinə görə, ölkədəki kütləvi iğtişaşlar fonunda bağlanan Tribhuvan aeroportunda həm beynəlxalq, həm də daxili reyslər bərpa edilib. 

Xatırladaq ki, bir neçə gün əvvəl Nepalda sosial şəbəkələrə məhdudiyyətlər qoyulması ölkədə kütləvi etirazlara səbəb olub. Aksiyalar fonunda ölkənin Baş naziri Şarma Oli istefa verib. Etirazçılar bir sıra dövlət müəssisəsinin binasını yandırıb. Nepal Səhiyyə Nazirliyinin məlumatına görə, iğtişaşlar zamanı 30-dan çox insan ölüb, mindən çox insan isə yaralanıb.

Sentyabrın 10-da Nepal ordusu ölkənin böhrandan çıxarılması ilə bağlı etirazçıların nümayəndələri ilə danışıqlara hazırlaşdığını açıqlayıb.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Chosen
28
1
qafqazinfo.az

2Sources