EN

Parlamentdə azad edilmiş ərazilərdəki dini abidələrə dair müzakirə aparılacaq

ain.az, Apa.az saytına istinadən bildirir.

Milli Məclisdə işğaldan azad edilmiş ərazilərdəki dini abidələrin bərpası ilə bağlı qarşıya çıxan problemlər və həqiqətlərin beynəlxalq ictimai rəyə çatdırılması imkanları müzakirə ediləcək.

APA xəbər verir ki, bu, Milli Məclisin İctimai birliklər və dini qurumlar komitəsinin bu gün keçirilən iclasında müzakirəyə çıxarılan komitənin Payız sessiyası üçün İş Planında əksini tapıb.

Qeyd edilib ki, işğaldan azad edilmiş ərazilərdəki dini abidələrin durumu, bərpası ilə bağlı qarşıya çıxan problemlər və həqiqətlərin beynəlxalq ictimai rəyə çatdırılması imkanlarının müvafiq komitələrlə birgə ictimai müzakirəsi həyata keçiriləcək.

Eyni zamanda komitədə sessiya müddətində “Dini abidələrin durumu” və “İctimai birliklərin mövcud durumu” ilə bağlı ictimai müzakirələrin keçirilməsi nəzərdə tutulur.

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Chosen
23
6
apa.az

7Sources