Xəzər rayonunun Mərdəkan qəsəbəsindəki evlərin birindən oğurluq olub.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən verilən məluimata görə, zərərçəkən şəxs polisə müraciət edərək evindən 9 min dollar dəyərində qızıl-zinət əşyalarının talandığını bildirib. Polis əməkdaşlarının keçirdikləri tədbirlərlə əməli törətməkdə şübhəli bilinən 39 yaşlı S.Cəfərov müəyyən olunaraq saxlanılıb.
Zirə qəsəbəsində marketlərin birindən isə 8 min manat oğurlamaqda şübhəli bilinən 22 yaşlı S.Məmmədov polis əməkdaşları tərəfindən müəyyən edilərək saxlanılıb.
Hər iki faktla bağlı araşdırma aparılır.
"Cebheinfo.az"