EN

Rus kəşfiyyatının Bakıda gizli fəaliyyəti... - Şok detallar

Ajans.az Bakupost.az-a istinadla xəbər verir ki, Rusiyanın yaxın xaricdə mədəni əlaqələr üzrə idarəsinin maraq dairəsinə Ermənistan və Azərbaycanın daxil olduğu bildirilir. Qeyd olunur ki, Azərbaycan istiqamətinə Rusiyanın Baş Kəşfiyyat İdarəsinin əməkdaşı Valeri Çernışov cavabdeh olub. Moskvaya Azərbaycanın tanınmış məmurları, hərbçi və ictimai xadimləri haqqında məlumatlar göndərilib. Həmçinin Dmitri Kozak üçün gizli hesabatlar hazırlanıb və onlar sonradan Putinə təqdim olunub. “The Insider” yazır ki, Kreml Azərbaycanda Rusiyanın maraqlarının müdafiə edən və Türkiyənin təsirinə qarşı mübarizə aparan təşkilatların olmamasından narahat idi. Gizli məlumatlarda qeyd olunur ki, Kreml Azərbaycada rusiyayönlü QHT-lərin fəallığının artırılmasını, xüsusi diqqətin sərhədyanı bölgələrə, gənclərə, tələbə təşkilatlarına, təhsilə, rus dilinə, mədəni layihələrə və jurnalistika forumlarına yönəldilməsini tövsiyə edib. Bakıda konfranslar və jurnalistika məktəbləri təşkil olunub. İdarənin keçmiş əməkdaşlarının etirafına görə, Azərbaycanla "dostluq" üçün yüz milyonlarla dollar xərclənsə də, nəticə minimal olub. Münasibətlərdə qırılma 2025-ci ilin əvvəlində - AZAL təyyarəsinin qəzaya uğramasının səbəblərinin Moskva tərəfindən gizlədilməsi və Səfərov qardaşlarının Yekaterinburqda ölümü ilə baş verib. Bakı "Sputnik" adlı təbliğat resursunu bağlayıb və Rusiya ilə rəsmi əlaqələri azaltmağa başlayıb. Sözügedən idarənin Ermənistan üzrə kuratoru isə Rusiya Baş Kəşfiyyat İdarəsinin zabiti Dmitri Avanesov olub. “The Insider”in əlinə Ermənistan hökumətində təmsil olunan "köstəbək" tərəfindən ötürülmüş hesabatlar düşüb. Sənədlərdən aydın olur ki, Rusiya agenti olan erməni məmur Avanesova hətta Ermənistanın Baş naziri Nikol Paşinyanın hərəkətləri barədə də məlumat verib.

Gizli materiallardan aydın olub ki, rusiyayönümlü təbliğatı əsasən, pensiya yaşındakı siyasətçilər aparır, gənclər isə buna məhəl qoymur. Buna görə də "yeni və kreativ simaların" maliyyələşdirilməsi təklif olunub.

Chosen
7
9
Ajans.az

10Sources